Rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Hazırda onun ölüm səbəbləri araşdırılır. Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, siyasətçinin ölüm səbəbinə tibb işçiləri qiymət verməlidir. Xatırladaq ki, 47 yaşlı Aleksey Navalnı ekstremist icma yaratmaq ittihamı ilə xüsusi rejimli koloniyada 19 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN