Ölkə Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının ölkənin Seçki Məcəlləsinə etdiyi düzəlişi veto edəcək.

Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla bildirir ki, prezident administrasiyasnın bəyanatında belə deyilir. Sitat: "Bu gün Baş nazir ilk beynəlxalq səfərini Brüsselə edərkən və ölkədə beynəlxalq müşahidə missiyası varkən Gürcüstan parlamenti, hakim çoxluq Seçki Məcəlləsinə həm Venesiya Komissiyasının, həm də Aİ-nin 9 tövsiyəsinə zidd olan düzəlişləri qəbul etdi". Zurabişvili qeyd edib ki, qəbul edilən düzəlişlərlə Seçki Məcəlləsi hakim “Gürcü Arzusu” partiyasının maraqlarına uyğunlaşdırılıb. O, seçkilərin tək partiya tərəfindən təşkil edilməsi riski olduğunu, hakim partiya tərəfindən idarə edilən qərəzli seçki prosesinə həm cəmiyyət, həm də beynəlxalq ictimaiyyət tərəfindən etimadsızlıq göstəriləcəyini qeyd edib. Prezident ölkənin Avropa yoluna uyğun gəlməyən bütün digər qanun layihələri kimi bu düzəlişi də veto tətbiq edəcək.

Baş nazirin komandasından isə hələki bu bəyanata reaksiya verilməyib. Bəs prezident seçki məcəlləsinə veto qoysa, onda necə olacaq? Bu isə yeni siyasi qalmaqalın başlanğıcı ola bilərmi? 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN