Moskva Bakı ilə müttəfiqlik münasibətlərinə daha çox əhəmiyyət verir.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevi ölkənin Müstəqillik Günü münasibətilə təbrikində deyib.

Rusiya lideri diqqəti Azərbaycanın sosial-iqtisadi inkişafda hamı tərəfindən qəbul edilmiş uğurlara nail olmasına diqqət çəkib. Onun vurğuladığı kimi, ölkə dünya miqyasında nüfuza malikdir və beynəlxalq gündəmdəki mühüm məsələlərin həllində fəal iştirak edir.

“Biz Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk, əminəm ki, biz birgə səylərlə bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, o cümlədən regional məsələlərdə səylərin əlaqələndirilməsini sistemli şəkildə artırmağa davam edəcəyik”, - Kremlin saytında dərc olunmuş teleqramın mətnində deyilir.

Putin əlavə edib ki, bu, iki ölkə xalqlarının maraqlarına cavab verəcək, həmçinin Cənubi Qafqaz və Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edəcək.

Xatırladaq ki, aprel ayında Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və inkişaf etdiyini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN