Ermənistanın baş naziri Nikol Paşinyan da BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

Ermənistan liderinin təyyarəsi Moskva vaxtı ilə saat 07:05 radələrində Kazan hava limanına enib. Paşinyan sammitin yekun gününün tədbirlərində iştirak edəcək. “Rossiya 24” telekanalının kadrları Rusiya nümayəndə heyətinin onunla necə görüşdüyünü göstərir. Paşinyana duz-çörək verilib, bundan sonra o, maşına minib və kortej hava limanından yola düşüb.

Rusiya Federasiyasının assosiasiyaya sədrliyinin əsas hadisəsi olan BRİKS dövlət başçılarının 16-cı sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir. BRİKS assosiasiyası 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə Cənubi Afrika qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri oldu. Kazan sammiti assosiasiyaya yeni üzvlərin də qatılacağı ilk sammit olacaq. 30-dan çox ölkədən nümayəndənin iştirakı gözlənilir.

***

brikis-24

ilham-aliyev-kazan-pu_p68517

Xatırladaq ki, oktyabrın 23-də Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Sonra dövlətimizin başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN