1 yanvar 2024 tarixindən bu günə qədər İraqın şimalında 1171, Suriyanın şimalında isə 1064 olmaqla ümumilikdə 2235 terrorçu zərərsizləşdirirlib

***

Türkiyənin  Müdafiə naziri Yaşar Gülər İraq və Suriyanın şimalında ümumilikdə 47 terror hədəfinin dəqiqliklə vurulduğunu və çox sayda terrorçunun zərərsizləşdirildiyini bildirib.

TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, “SAHA EXPO”- Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi üçün İstanbulda olan nazir Türk Hava və Kosmik Sənayesi AŞ-yə (TUSAŞ) qarşı dünən baş vermiş terror hücumu ilə bağlı açıqlama verib. Türkiyənin və millətin rahatlığını, yerli və milli sənayeni hədəf alan bu çirkin hücumu “şərəfsiz və alçaqca” adlandıran Gülər hücumu qınadığını söyləyib.

Hər biri dəyərli və strateji əhəmiyyətə malik layihələrin icra olunduğu bir müəssisənin hədəf seçilməsinin təsadüf olmadığını qeyd edən nazir "Terror təşkilatlarının bir vasitə olduğunu və onları idarə edən qaranlıq qüvvələrin niyyətlərini çox yaxşı bilirik. Amma unutmayın ki, Türkiyə heç vaxt heç bir təhdidə boyun əyməyib və əyməyəcək. Xainlərin oyunlarını pozmağa və niyyətlərini boşa çıxarmağa davam edəcəyik" ifadələrini səsləndirib.

Milli müdafiə naziri Türkiyənin və xalqın təhlükəsizliyi və rahatlığına zərər vurmaq istəyən pis niyyətli qüvvələri məhv etməyə, sonuncu terrorçu bu coğrafiyadan yox olana qədər mübarizəni artan əzmkarlıq və qətiyyətlə davam etdirməyə çalışacaqlarını vurğulayıb. O, "Dünən gecə qəhrəman silahlı qüvvələrimiz Suriyanın və İraqın şimalındakı terror hədəflərinə böyük uğurla hava əməliyyatları həyata keçirdi. Onlardan 29-u İraqda, 18-i isə Suriyanın şimalında olmaqla ümumilikdə 47 terror hədəfi dəqiq zərbə ilə vurulmuş və çox sayda terrorçu zərərsizləşdirilmişdir” deyib.

Bundan başqa Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Dünən axşamdan etibarən İraqın və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatlarında ilkin məlumatlara görə, 2-si üst rütbəli olmaqla, ümumilikdə 59 terrorçu zərərsizləşdirilib" ifadələri qeyd olunub.

Milli Kəşfiyyat Təşkilatı (MİT) da bölücü terror təşkilatı PKK/YPG-nin Suriya və İraqın şimalında yerləşən məntəqələrini məhv etdi.

Alınan məlumata görə, MİT Türk Havaçılıq və Kosmos Sənayesi Anonim Şirkətinin (TUSAŞ) Kahramankazan bölgəsindəki mərkəzinə qarşı edilən terror hücumundan sonra Suriyanın və İraqın şimalında bölücü terror təşkilatına qarşı əməliyyatlar həyata keçirdi. Burada qruplaşmaya məxsus enerji-infrastruktur binası, logistika və sursat anbarı kimi çoxsaylı strateji nöqtələr hədəfə alındı.

MİT-in bu cür fəaliyyətlərinin terror təşkilatı PKK/YPG-yə qarşı hədəfə çatana qədər fasiləsiz davam edəcəyi vurğulandı.

Digər tərəfdən MİT PKK/KCK-nın qırmızı siyahı ilə axtarılan guya rəhbərlərindən Sərkan Nazlieri zərərsizləşdirib. Türkiyədə həyata keçirilən terror aktlarının planlayıcısı olan Nazlier həmin əməliyyatları icra edəcək terrorçuların təyinatı və yönləndirilməsindən də məsul idi.

MİT son olaraq terror təşkilatı tərəfindən İraqın şimalında yaradılan qeyri-rəsmi vilayət strukturlarına yüksək rütbəli terror təşkilatı rəhbərlərinin təyin olunduğunu müəyyənləşdirərək onlara qarşı əməliyyat başlatdı. Bu çərçivədə metropollardakı hücumların da planlayıcısı olan terrorçu Serkan Nazlier MİT-in əsas hədəf siyahısında idi. Terrorçunun yeri İraqın Hakurk kəndində aparılan dəqiq axtarışlar nəticəsində müəyyən edilib. Addım-addım izlənən Nazlierə qarşı əməliyyatın həyata keçirilməsi üçün ən uyğun vaxt gözlənilib. MİT 2019-cu ildə yaradılanqeyri-rəsmi Hakkari vilayətindəki bütün terrorçuların fəaliyyətindən birinci dərəcədə məsul olan Sefkan Amed ləqəbli Serkan Nazlieri nöqtə əməliyyatı ilə zərərsizləşdirib.

1 yanvar 2024 tarixindən bu günə qədər İraqın şimalında 1171, Suriyanın şimalında isə 1064 olmaqla ümumilikdə 2235 terrorçunun zərərsizləşdirildiyi qeyd edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN