"Mən dövlət qulluqçularına müraciət etmək istəyirəm, onların ən yaxşı müdafiəsi odur ki, biz birpartiyalılıqdan çoxpartiyalı, koalisiya hökumətinə keçirik".
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə prezident Salome Zurabişvili mətbuat konfransında deyib. Zurabişvili dövlət qulluqçularına müraciət edərək bildirib ki, onları təzyiqlərdən azad etməyin yolu koalisiya hökumətidir. Sitat: "Heç bir şey daimi deyil və bizi təhdid etməyəcək, sosial yardımı dayandırmayacaq bir hökumət olacaq və bu, bizim gələcəyimizdir ki, nəhayət, bu qorxular olmadan yaşaya bilək" Gəlin düşünməyək ki, “Gürcü arzusu”nun öz seçicisi yoxdur və bu cür təzyiqlərin nəticəsidir ki, onların belə bir seçici qrupu var, amma hamımız düşünməliyik ki, bu hakimiyyət də dəyişəcək, heç nə daimi deyil və yeni hökumət təhdid etməyəcək, sosial yardımı dayandırmayacaq və bu bizim gələcəyimizdir ki, nəhayət, bu qorxular olmadan, təşviqatçılarsız, koordinatorlarsız, mikroavtobuslarsız, dövlət qulluqçularına təzyiq olmadan yaşaya bilək. Biz birpartiyalı hökumətdən çoxpartiyalı, koalisiya hökumətinə keçirik və bu o deməkdir ki, daha bir hökmdar olmayacaq”.
Salome Zurabişvili "Gürcü arzusu" seçkilərdə qalib gəlsə nə baş verəcəyi sualına - "yəqin ki, impiçment olacaq və məni həbs edəcəklər" deyə cavab verib.