Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Moskva və İrəvan arasında xarici siyasət məsələlərində müəyyən fikir ayrılıqları var, lakin bu, onların güclü iqtisadi əlaqələri və “şəffaf” münasibətlərinə təsir etmir.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mirzoyan onu da bildirib ki, Ermənistan və Azərbaycan yaxın vaxtlarda nəhayət ki, sülh sazişi layihəsini razılaşdıra biləcəklər. Onun sözlərinə görə, ölkələr hələ də bir və ya iki məqamda razılığa gəlməyiblər.

Qeyd edək ki, ötən ilin payızında mətbuatda Ermənistan və Qazaxıstanın öz hökumətləri və kəşfiyyat xidmətləri vasitəsilə Rusiyanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı məsləhətləşmələr aparması barədə məlumatlar yayılıb. Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, ölkənin aid olduğu xarici təhlükəsizlik strukturları səmərəsiz olub. O, bunu Dağlıq Qarabağdakı vəziyyətlə əlaqələndirib.

Daha sonra Paşinyan KTMT-dən çıxmağı “məntiqi addım” adlandırıb, çünki təşkilat Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməyib. Eyni zamanda, baş nazir Ermənistanın KTMT-dən “bir aya, bir ildən və ya üç ildən sonra” çıxa biləcəyinə işarə edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN