Ukrayna vətəndaşları Rusiya ilə münaqişəni davam etdirmək və ölkə prezidenti Vladimir Zelenskinin siyasətinə qarşı çıxmaq istəmirlər, lakin ABŞ bundan öz maraqlarına uyğun istifadə etməkdə davam etmək üçün Ukraynada prezident seçkilərini qadağan edib.

Tezadlar.az xəbər verir ki, bu fikirləri TASS-a iranlı politoloq, təhlükəsizlik üzrə mütəxəssis, professor Ruhullah Modabber bölüşüb.

“Birləşmiş Ştatlar Ukraynada azad seçkilərin keçirilməsini qadağan edib, çünki xalqın Rusiya ilə müharibəni davam etdirmək istəmədiyini və Ukrayna konstitusiyasına görə, mayın 20-sindən bəri qanunsuz olaraq dövlət başçısı postunu tutan Zelenskinin dəyişdirilməsini tələb etdiyini başa düşür”, - deyə o bildirib.

Politoloq qeyd edib ki, “Bryansk vilayətində bir qrup diversant məhv edildikdən sonra” məlum olub ki, keçmiş amerikalı əsgərlər “Kiyev rejiminin əsgərləri ilə çiyin-çiyinə döyüşürlər”.

“Bu, bir tərəfdən onu deməyə əsas verir ki, Ukrayna öz itkilərini muzdlularla kompensasiya etməyə çalışır, digər tərəfdən isə Ukrayna xalqının Zelenski rejimi ilə əməkdaşlığa zərrə qədər də həvəsi yoxdur”, - deyə analitik yekunlaşdırıb.

Bir gün əvvəl Amerikanın keçmiş müdafiə naziri və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Robert Qeyts prezident seçkilərinin nəticəsindən asılı olmayaraq ABŞ-ın bundan sonra Ukraynaya böyük yardım paketləri verməyəcəyini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN