Türkiyə hakimiyyəti xarici təsirlərə qarşı mübarizə haqqında qanun layihəsi hazırlayıb və onun yaxın vaxtlarda qəbul edilməsi planlaşdırılır.

Tezadlar.az xəbər verir ki, “Bloomberg” bu barədə əldə etdiyi sənəd layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, qanun başqa ölkənin və ya xarici təşkilatın təsiri və ya sifarişi ilə “dövlətin təhlükəsizliyinə və ya onun daxili və xarici siyasi maraqlarına” qarşı fəaliyyət göstərənlərə qarşı mübarizəyə yönəldiləcək. Qanunun pozulmasına görə cəza yeddi ilə qədər həbsdir. Agentlik hesab edir ki, belə bir addımdan guya fərqli fikirlərin yatırılması üçün istifadə oluna bilər ki, bu da müəyyən sosial qruplar və təşkilatlar arasında narahatlıq yaradır.

Qeyd edək ki, “Xarici təsirin şəffaflığı haqqında” analoji qanun mayın 14-də Gürcüstan parlamenti tərəfindən qəbul edilib. Bu hadisə Avropa Birliyi və ABŞ-ın sərt bəyanatlarına səbəb olub. Qeyri-hökumət təşkilatları qanun qəbul ediləcəyi təqdirdə reyestrdə qeydiyyatdan keçməyəcəklərini dəfələrlə bəyan ediblər, çünki onlar xarici dövlətin maraqlarını təbliğ edən təşkilat adlandırılmasını ədalətli saymırlar. Gürcüstan hakimiyyəti israr edir ki, qanun yalnız maliyyə şəffaflığı üçün lazımdır və xaricdən maliyyələşmə xarici maraqların təşviqi deməkdir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN