İsrailin regionda aqressiv hərəkətləri ABŞ-da keçirilən prezident seçkilərindən sonra daha da güclənə bilər. Əgər o, İranın nüvə imkanlarını məhv etməyə cəhd etsə, münaqişənin başqa ölkələrə keçməsi ehtimalı artacaq.

Tezadlar.az bildirir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib.

"İsrailin əsas məqsədi fələstinliləri Qəzzadan Misirə və İordan çayının qərb sahilindən İordaniyaya qovmaqdır. Belə bir ssenari regionu daha da böyük qeyri-sabitliyə sürükləyə bilər. İsrail ABŞ seçkilərindən sonra özünü hərbi reaksiyalarla məhdudlaşdırmaya bilər. İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə potensialını aradan qaldırmaq üçün addımlar ata bilər, əgər bu, baş verərsə, münaqişənin digər ölkələrə yayılma ehtimalı artacaq”, - deyə nazir “Hürriyet” qəzetinə müsahibəsində bildirib.

Fidanın sözlərinə görə, İsrail Fələstinin HƏMAS hərəkatı ilə danışıqlarda yeni şərtlər irəli sürməkdə davam edir. "Bu, onun hərbi məqsədlərinə çatmaq üçün vaxt qazanmaq üçün danışıqlardan istifadə etdiyini nümayiş etdirir. Biz əvvəldən atəşkəs rejimini qətiyyətlə dəstəklədik, lakin tərəflərə Netanyahunun vaxt qazanmaq üçün danışıqları gecikdirdiyini bildirdik", - Türkiyənin xarici işlər naziri bildirib.

O, həmçinin bildirib ki, İsrailin HƏMAS ilə atəşkəs danışıqlarında müəyyən irəliləyiş var, lakin hərəkat üçün “İsrailin hərəkətlərini dönməz şəkildə dəyişən prosesin başlanmasına imkan verəcək atəşkəsə nail olmaq vacibdir”.

“HƏMAS-ın nümayəndələri ilə son görüşümüzdə biz yerdəki vəziyyəti, atəşkəs, humanitar yardıma ehtiyac və Fələstinlərarası barışıq prosesini müzakirə etdik”, - deyə Fidan bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN