Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib ki, İrəvan və Bakı hələlik sülh sazişinin bütün mətni üzrə razılığa gəlməyib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.

“Hazırda bütün məqamlar üzrə Bakı ilə yekun razılaşma yoxdur”, - o bildirib.

Onun sözlərinə görə, hazırda ölkə liderləri və ya iki ölkənin xarici işlər nazirləri arasında mümkün görüş barədə məlumat yoxdur.

“Lakin biz bu cür görüşlərin intensivliyində maraqlıyıq”, - o vurğulayıb.

Oktyabrın 28-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Edvard Asryan İrəvanla Bakı arasında hərbi eskalasiya təhlükəsinin olmadığını bəyan edib. Onun sözlərinə görə, sərhədlərdə vəziyyət nisbətən sabit kimi qiymətləndirilir.

Bundan əvvəl Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN