Cənubi Koreya polisi ölkə prezidentilə bağlı araşdırmalara başlayıb - Yun Sok Yol qiyamda şübhəli bilinir.

 ***

 Cənubi Koreya polisi bir qrup deputatın fitnə-fəsad törətməkdə ittiham etməsindən sonra ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı ölkə prezidenti Yun Sok Yol barəsində araşdırmalara başlayıb.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli İstintaq Departamentinin direktoru U Çjon Su bildirib.

“Biz araşdırmanı qanuna və prosedura uyğun olaraq diqqətlə aparacağıq”-“Çosun İlbo” qəzeti polisə istinadən xəbər verir.

Çjon Su vəziyyətin "görünməmiş hal" daşıdığını və buna görə də işin özünün rəhbərliyi altında təhlükəsizlik üçün məsul olan şöbəyə həvalə edildiyini söyləyib.

Bundan əvvəl müxalifətçi deputatlar Milli İstintaq Departamentinə  Prezident Yun Sok Yol, keçmiş müdafiə naziri Kim Yon, hərbi vəziyyətə nəzarət etmək üçün təyin edilmiş ordu qərargah rəisi Park An Su, daxili işlər naziri Li San Min və başqalarına qarşı üsyan ittihamı ilə rəsmi bəyanat təqdim etmişdilər.

Qeyd edək ki, artıq prokurorluq prezidentə hərbi vəziyyətin tətbiqini təklif edən keçmiş müdafiə nazirinin ölkədən çıxışını qadağan edib.

Müxalifət bundan əvvəl prezidentə qarşı impiçment proseduruna başlamışdı. Səsvermənin bir gün sonra - dekabrın 7-də keçirilməsi gözlənilir.

 

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN