Birinci prezident bundan sonra Qarabağ münaqişəsinin həllinin Ermənistan və ermənilərdən asılı olmadığını düşünür.

YEREVAN, 15 iyun - Sputnik. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan İctimai Televiziya kanalına verdiyi müsahibəsində hal-hazırda Azərbaycanla yenidən müharibə təhdidi olmadığını söyləyib.

"İndi Əliyevdən heç bir təhdid yoxdur. Sülh hökm sürür, Rusiya qoşunları var və Ermənistanla Azərbaycan arasında müharibə mümkün deyil. Razılaşmasınız da, ancaq zamanla həm Əliyevlə, həm də Türkiyə ilə razılığa gəlməliyik. Qonşular əbədi düşmən ola bilməz”- deyə Petrosyan vurğulayıb.

Onun fikrincə, qonşularla əbədi düşmənçilik, Ermənistanın öz varlığını təhlükə altına qoyur. O, vəziyyəti həll etmək üçün sülh, yaxşı qonşuluq və harmoniyaya ehtiyac olduğuna inanır. Üstəlik, birinci prezident əlavə edib ki, bundan sonra Qarabağ münaqişəsinin həlli Ermənistandan asılı deyil. Qərar verən o deyil, ola bilsin ki, bu, Rusiya və ya BMT olacaq və bundan sonra barışıqdan başqa yol olmayacaq.

Daha sonra Petrosyan bildirib: "Hansısa erməninin “Mən Qarabağ münaqişəsini həll edərəm” sözünə inanmayın. Belə bir şey yoxdur və bu bir illüziyadır".

Ter-Petrosyan tənqidlərdən qorxmadığını və inandığı həqiqəti danışmağı üstün tutduğunu bildirib. Keçmiş prezident ziyalılara və elm adamlarına xitabən bildirib ki, ən böyük xainlər xalqı yoldan çıxaranlardır.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN