İyunun 16-da Arendəki "Mülki müqavilə" Partiyasının təşviqat kampaniyası zamanı Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan sərhədyanı vəziyyətə toxunub.
O, bəyan edib ki, sərhədboyu məntəqələrin bütün xətti üzrə Rusiya sərhədçiləri yerləşdirilməlidir, sonra isə Sotk-Xoznavar sahəsinin delimitasiyası və demarkasiyası beynəlxalq müşahidəçilərin iştirakı ilə həyata keçirilməlidir. Areni sakinlərindən biri Paşinyandan demarkasiya dövründə Arenidə nə baş verəcəyini soruşub. "Türklərin haradan gələcəyi və harada yerləşəcəyi sizlik deyil, sakitləşin.
Panika salmayın. Siz deyirsiniz ki, türk gəlib həyətlərinizdə yerləşəcək.Cürət etməz.Heç hara gəlməyəcək. Bu cür məlumatları yaymayın”.
Şakir QURBANOV