...Uzun illərdir Azərbaycandan beyin axınının ciddi problem olduğu narahatlıqla qeyd edilir...
Tanınmış jurnalist-yazıçı Yunuz Oğuz maraqlı status paylaşıb. Məlum olur ki, Polşanın Krakov şəhərindən bu gün magistraturada- adi bir universitetdə təhsil alan 200 maqistrin 140-ı azərbaycanlıdır: "...Onların da 90 fazi Avropada qalmaq istəyir. Bu hələ kiçik bir əyalət şəhərindədir. Bu beyin axınıdır. Bəs təhsilimizin başbilənləri barmaqlarını bir-birlərinə vururlarmı? Yəqin deyəcəklər ki, Avropada güclü olmaq üçün xüsusi siyasət yeridirik...".
Əgər bu fakt doğrudursa, deməli, ya Azərbaycan ali təhsilində ciddi problemlər var... Ya da, adı çəkilən universitetdə kiminsə magistr mərkəzi-marağı var ki, yerindən duranı dartıb ora aparır... Prezident yanında Azərbaycan Ali Attestasiya Komissiyasında dəfələrlə rast gəlinib ki, problemli elmlər doktorları və ya professor diplomları araşdırılıb, tanınmayıb. Ölkənin təhsilinə cavabdehlər bu məsələni ciddi şəkildə araşdırmalıdır. Necə ola bilər ki, Polşanın adi bir şəhərindəki universitetdə 200 magistrin 140-ı Azərbaycandan olsun...
A.Məmmədli