Rusiyaya Ukrayna və Gürcüstanın heç vaxt NATO üzvü olmayacaqlarına dair  zəmanət lazımdır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov  bildirib. (ria.ru)

"Biz vurğulayırıq ki, Ukraynanın heç vaxt NATO üzvü olmamasına əmin olmaq bizim üçün mütləq vacibdir. İstərdik ki, NATO-nun 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul Madriddə keçirilən sammitdə geri götürülsün və aşağıdakılarla əvəz edilsin: "Ukrayna və Gürcüstan heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacaq”, - deyə Ryabkov jurnalistlərə bildirib

"Biz boş söhbətlər aparmaqdan, yarımçıq vədlərdən, tez-tez bağlı qapılar arxasında danışıqlarda baş verən yanlış şərhlərdən bezmişik. Qarşı tərəfə güvənmirik. Bizə vədlər deyil, “dəmir-beton”,  hüquqi əhəmiyyətli zəmanətlər lazımdır.  Bu, Rusiyanın milli təhlükəsizliyi məsələsidir "  deyib.

Qeyd edək ki, bu gün Isveçrənin Cenevrə şəhərində ABŞ və Rusiya nümayəndələri arasında “təhlükəsizlik zəmanəti” ilə bağlı görüş baş tutub.  Görüş səkkiz saat çəkib. Görüşdə Rusiya nümayəndə heyətinə Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ heyətinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edib.

Xatırladaq ki, dünən  Amerika  administrasiyasının yüksək rütbəli rəsmisi  Rusiya Federasiyasının NATO-dan təhlükəsizlik zəmanəti verməsi tələbini şərh edərkən, Ag Evin Rusiyanın irəli sürdüyü bəzi tələblərə qarşı olduğunu vurğulayıb.

" Rusiya Federasiyasının tələbləri arasında ABŞ-ın heç vaxt razılaşmaq niyyətində olmadığı şərtlər var".

JASMIN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN