Rusiyanın “ Roskosmos” Dövlət Korporasiyasının rəhbəri  Dmitri Roqozin çərşənbə günü, yanvarın 12-də özünün Telegram kanalında Qazaxıstanın yeni təyin olunmuş  İnformasiya və sosial inkişaf naziri Əsgər Umarova Baykonura gəlməməyi xahiş edib.

Əsgər Umarov nazir vəzifəsinə başlamamışdan əvvəl nazir müavini vəzifəsində çalışıb və "Kazinform"agentliyinə rəhbərlik edib.

Umarov sosial şəbəkələrdə Rusiyanın ünvanına səsləndirdiyi qeyri-səmimi fikirləri ilə məşhurdur, lakin o, özü əmin edirdi ki, "rusiyalı tərəfdaşlarla səmərəli iş aparmağa çalışıb".

"Bir daha tolerantlıq və xalqlar dostluğu prinsiplərinə, Qazaxıstan xalqının birliyinə və qonşularla qardaşlıq münasibətlərinə sadiqliyimi təsdiqləmək istəyirəm", - deyə o, Facebook-da qeyd edib.

Bununla yanaşı, bəzi məlumatlara görə, nazir sosial şəbəkədə TurkMedia ləqəbi altında dərc olunan kəskin yazıların müəllifidir.

Xatırladaq ki, Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi olan “Rossotrudniçestvo” Qazaxıstanın yeni informasiya naziri də Əsgər Umarovla işləməkdən imtina etmişdi. Belə ki,“Rossotrudniçestvo”nan rəhbəri Yevgeni Primakov bildirmişdi ki, agentlik Qazaxıstanın yeni İnformasiya və sosial inkişaf naziri Əsgər Umarovla işləməkdən və əlaqə saxlamaqdan imtina edir:

 "Mən Qazaxıstanın yeni informasiya naziri Əsgər Umarov haqqında oxudum. Yeni informasiya naziri Əsgər Umarovun çoxsaylı sitatlarını diqqətlə oxudum", - deyə  Primakov Telegram kanalında yazıb. O, Əsgər Umarovun ruslar haqqında qeyd etdiyi bəzi fikirlərdən də  sitat gətirib...

 Primakov qeyd edib ki, “Rossotrudniçestvo” rusofob zibillə əməkdaşlıq etmir, əlaqə saxlamır, işləmir.

“Bu da bizim yuxarıda adıçəkilən nazir və hazırkı konfiqurasiyada onun rəhbərlik etdiyi İnformasiya nazirliyi ilə hər hansı qarşılıqlı əlaqəmizə tamamilə mane olur”, - Primakov vurğulayıb.

Eyni adlı kosmodromun yerləşdiyi Baykonur şəhəri 2050-ci ilə qədər Rusiya Federasiyasının yanında icarəyə götürülmüş Qazaxıstan ərazisidir. Onun ərazisində Rusiya Hərbi Məhkəməsi, Daxili İşlər İdarəsi, miqrasiya və vergi xidməti strukturları, təhsil və səhiyyə orqanları fəaliyyət göstərir.

Şakir QURBANOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN