Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ölkəyə qanunsuz daxil olmasına kömək etməkdə ittiham olunan 4 nəfər girov müqabilində azadlığa buraxılıb.

"Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərarı az öncə Tbilisi Şəhər Məhkəməsinin hakimi Giorgi Keratişvili çıxarıb. Qərara əsasən, Gürcüstan vətəndaşları Giorgi Narimanidze, Elquca Çomaia, Zurab Cocoria və Şalva Cocoria hər biri 5 000 lari məbləğində girov müqabilində azadlığa buraxılıblar. Qərara əsasən, həmin şəxslər girov üçün olan məbləği 1 ay ərzində ödəməlidirlər.

Lakin Saakaşvilinin özünün azad edilməsi gündəmdə deyil... Gürcüstan KİV-ləri yazır ki, hakimiyyətin davranışından belə görünür ki, Saakaşvili ilə bağlı özəl planı var...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN