Rusiyanın Ukrayna cəbhəsində yaşadıqları həqiqət olaraq dünyanın diqqətindədir.

Hərbi gücü ilə öyünən bir ölkənin indi Suriyadan muzdlu gətirtməsinə necə baxırsınız? Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bu gün yaydığı rəsmi məlumatda isə deyilir: “Suriya prezidenti Bəşər Əsəd Rusiyaya canlı qüvvə ilə kömək etmək qərarına gəlib. Suriya hakimiyyəti bölgəyə 40 min muzdlu əsgər göndərməyi qarşısına məqsəd qoyub”. Məlumatda bildirilir ki, yaxın vaxtlarda Ukraynadakı rus qoşunlarına maddi dəstək vermək üçün Suriyadan silah, hərbi texnika və digər resursların Belarus və Rusiyaya daşınması planlaşdırılır.

ABŞ hökuməti isə buna sərt reaksiya verib. CNN yazır ki, bu o deməkdir ki, NATO sakit dayanmamalı və Ukrayna cəbhəsində öz sözünü deməlidir.

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN