Çeçenistan Respublikasının lideri Ramzan Kadırov bu dəfə köməkçisi Aptı Alaudinovun başçılığı ilə Ukraynaya daha 1000 çeçeni göndərdiyini açıqlayıb.

Bu barədə Kremlin nəzarətində olan Rusiya nəşrləri məlumat yayıb. Qeyd edilir ki, Kadırov güc blokunda olan köməkçisi Aptı Alaudinovun başçılığı ilə Ukraynadakı müharibəyə daha min çeçeni göndərdiyini açıqlayıb. Hansı ki, bir gün əvvəl Kadırov Rusiya prezidenti Vladimir Putinə istənilən əmri yerinə yetirməyə hazır olduğunu bildirmişdi... Putin isə Kadırova təşəkkür edib və ondan Ukraynadakı rus hərbçilərinə salam deməyi xahiş edib. Daha sonra martın 16-da Kadırov Putinlə telefon danışığı aparıb. 

***

"Təzadlar" xatırladır ki, bir neçə gün əvvəl Kadırov Ukrayna ərazisində olduğunu demişdi... Onun döyüşçüləri video məzmunli paylaşımlar edirlər və iki həftədir ki, demək olar Kiyevdə olduqlarını iddia edirlər, baxmayaraq ki, jurnalistlər onların Kiyev bölgəsi kimi paylaşdıqları videoların bəzilərinin Belarusda lentə alındığını aşkar ediblər. Dinlənilən telefon danışıqlarında rus əsgərləri şikayətlənirlər ki, kadırovçular arxada oturub yaralı rus hərbçilərini öldürürlər.

*** 

Sonda: bu ilin fevralın 26-da axşam saatlarında Rusiya Federasiyasında elit sayılan bölmənin - Rusiya Federasiyası Milli Qvardiyasının Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırov adına 141-ci Əlahiddə Motoatıcı Alayının Qostomel yaxınlığında məğlubiyyətə düçarlığı məlum oldu. Çeçenistan rəhbəri Ramzan Kadırova yaxın olan, ona rəhbərlik edən general Maqomed Tuşayev Ukrayna Silahlı Qüvvələri tərəfindən öldürülmüşdür. Martın 1-də isə Ramzan Kadırov çeçen “qvardiya”sının Ukraynadakı itkilərini qismən etiraf etməli olmuşdu.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN