Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Kiyev bunu tələb edərsə, ölkəsi Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində “öz rolunu oynamağa” hazırdır.

Tezadlar.az “Avropa həqiqəti”nə istinadla bildirir ki, Barbara Vudvord belə bir bəyanatla çıxış edib. Britaniya nümayəndəsi Londonun Ukraynanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edə biləcəyi sualına daha ətraflı cavab verib. Onun sözlərinə görə, Britaniya hakimiyyəti Kiyevə əhəmiyyətli humanitar yardım və hərbi dəstək verir. Ukraynaya yardıma xərclənən ümumi məbləğ 400 milyon funt sterlinqdən çoxdur. Bundan əlavə, Boris Conson və Volodymyr Zelensky arasında demək olar ki, hər gün telefon zəngləri olur. "Və etmək istədiyimiz hər hansı bir şəkildə Ukraynaya kömək etmək, bu müharibəyə son qoymaq, Rusiyanın işğalçı qüvvələrinin Ukraynadan çıxarılmasını təmin etməkdir. Əgər Ukrayna hökuməti bizdən bunu tələb etsə, biz məmnuniyyətlə bunları edəcəyik", - deyə nümayəndə bildirib

Xatırladaq ki, Britaniya hökumətinin başçısı Rusiya və Ukrayna arasında atəşkəs razılaşması olsa belə, bunun Britaniya sanksiyalarının ləğvinə səbəb olmayacağını bildirmişdir. Bu isə məsələnin nə dərəcədə ciddi olduğuna işarədir. Artıq Rusiyaya sanksiya tətbiq etmiş ölkələr də bu təşəbbüsə qoşulmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN