"Rus hərbçilərinin mülki əhaliyə qarşı törətdikləri vəhşi hərəkətlərinin ölçüsü yoxdur..."

Ukraynanın Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib ki, işğalçılar Xerson vilayətində hamilə olan 16 yaşlı qızı və 78 yaşlı nənəni zorlayıblar. Kaxovka su anbarında isə ruslar dinc sakinlərin olduğu qayığı atəşə tutublar - biri uşaq olmaqla 4 nəfər həlak olub, 2 nəfər itkin düşüb. “Elə məsələlər var danışanda adamın qanı donur... İndi məşğul olduğumuz Xerson vilayətinin işğaldan azad edilmiş kəndlərində dinc həyatı bərpa etdikxə getdikcə daha çox dəhşətli hadisələrlə üzləşirik. Məsələn, İnqulets istiqamətindəki kəndlərdən birində 16 yaşlı hamilə qızın və 78 yaşlı nənənin zorlanması kimi. Və bu gün (aprelin 7-si – red.) səhər saat 10 radələrində Krivoy Roq rayonunun Maryanski qəsəbəsindəki “Svitanok” istirahət mərkəzinin yaxınlığındakı Kaxovka su anbarının sahilində ruslar Xerson vilayətinin Pervomaevka istiqamətindən üzən qayığa atəş açıblar. Qayıqda 14 nəfər olub. Üç uşaq və 11 orta yaşlılar. İki yetkin kişi və bir qadın dərhal ölüb. 13 yaşlı uşaq bir az sonra dünyasını dəyişdi. Yeddi nəfər xəstəxanadadır, iki nəfər isə itkin düşüb...".

Beləliklə, vəziyyət kritikdir, getdikcə rus hərbçilərinin mülki əhaliyə qarşı törətdikləri vəhşiliklərin bir-bir üstü açılır, qarşısı isə alınmaz hala çevrilib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN