Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərif İmran Xanın yerinə Pakistanın Baş naziri ola bilər.

Tezadlar.az CCN-Türkə istinadla bildirir ki,bu barədə Pakistan mətbuatına istinadən “Anadolu” agentliyi yazır. “Media ölkənin Baş naziri postuna Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərifin keçə biləcəyini yazır”, - agentlik bildirib.

Pakistanın Milli Assambleyası (parlamentin aşağı palatası) şənbə günü Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Belə ki, 342 deputatdan 174-ü, yəni ölkənin qanunverici orqanının aşağı palatasının əksəriyyəti bu təşəbbüsün lehinə səs verib. Milli Məclisin deputatı Ayaz Sadiqin sözlərinə görə, yeni baş nazir bazar ertəsi parlamentdə seçiləcək.

Qeyd edək ki, Pakistanın aparıcı müxalifət partiyasının (Pakistan Müsəlman Liqasının) lideri Şahbaz Şərif 2018-ci ildə korrpusiyaya görə saxlanılmışdı. Belə ki, o, Pəncab əyalətinin hökumət başçısı olduğu 2013-2018-ci illərdə korrupsiya ilə məşğul olmaqda şübhəli bilinirdi. Şahbaz Şərif keçmiş Baş nazir Nəvaz Şərifin qardaşıdır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN