"Bizə kömək etməlisiniz, çünki bu yolda ilk olan biz idik..."

Ukrayna prezidenti Volodimir  Zelenski bildirib ki, Rusiya üçün Ukraynaya hücum yalnız başlanğıcdır və Rusiya daha sonra digər ölkələri də ələ keçirmək istəyir.

TEZADLAR.AZ trt-yə istinadən xəbər verir ki, Zelenski yayımladığı növbәti videomüraciətində: "Rusiyanın Ukraynaya hücumu yalnız başlanğıc kimi nəzərdə tutulurdu. Sonra başqa ölkələri ələ keçirmək istəyirlər. Təbii ki, Rusiyanın hücümlarını dayandırmaq üçün lazımi  qədər özümüzü müdafiə edəcəyik", - vurğulayıb.

O, həmçinin müharibəyə reaksiya verməyən və Ukraynaya kömək etməyən neytral ölkələrə çağırış edərək, bunun çox riskli olduğunu və bu ölkələrin hər şeylәrini itirə biləcəyini bildirib.

Ukrayna lideri "Bizə kömək etməlisiniz, çünki bu yolda ilk olan biz idik", -deyə bildirib.

Volodimir Zelenski  Ukraynanın tərəfdaşlarının istədikləri silahları ölkәsinә çatdırdığını bildirib və bu ölkələrə təşəkkür edib, həmçinin Rusiya ordusunun nəzarəti altında olan ərazidəki ukraynalıları Rusiya qüvvələrinə müqavimət göstərməyə çağırıb.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN