İyulun 11-də gənclər və idman nazirinin müavini İndira Hacıyeva Gənclər Evlərinin direktorları ilə görüş keçirib.
Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, görüşdə Bakı və regionlarda yerləşən Gənclər Evlərinin ümumi hesabatı dinlənilib, Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi münasibətilə hazırlanan tədbirlər planı, Gənclərlə iş şöbəsinin iş planına əsasən keçirilən irimiqyaslı layihələr, Gənclər Evlərində klubların fəaliyyəti, qarşıda duran vəzifələr və digər məsələlər müzakirə edilib.
Görüşdə, həmçinin Gənclər Evləri haqqında hazırlanan sorğu və onun təhlili barədə məlumat verilib.
R.XUDATQIZI