“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA ALTERNATİVİMİZ YOXDUR” -  TOKAYEV

“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA ALTERNATİVİMİZ YOXDUR” - TOKAYEV

 “Birləşmiş Millətlər Təşkilatına gəldikdə, mən qəti şəkildə əminəm ki, onu gücləndirmək lazımdır, çünki o əvəzolunmazdır.

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD OLUNMASI İLƏ BAĞLI PAYLAŞIM EDİB

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD OLUNMASI İLƏ BAĞLI PAYLAŞIM EDİB

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Fridrix Nitsşe:Zərdüşt belə dedi- Hamının və heç kimin kitabı-IV hissə

Fridrix Nitsşe:Zərdüşt belə dedi- Hamının və heç kimin kitabı-IV hissə

   Müharibə və döyüşçülər haqqında            Biz ən yaxşı düşmənlərimizdən, eləcə də ürəkdən sevdiklərimizdən mərhəmət istəmirik. Qoyun, sizə həqiq...

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - SİYAHI

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - SİYAHI

Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələ...

"GÜRCÜSTANDA YAXŞI BİLİRLƏR Kİ..."- POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

"GÜRCÜSTANDA YAXŞI BİLİRLƏR Kİ..."- POLİTOLOQDAN MARAQLI AÇIQLAMA

"Cənubi Qafqazda super dövlətlərin savaşı gedir. Bu savaş Birləşmiş Ştatlarla Rusiyanın savaşıdır...".

HACIQABULDA 30 İLDƏ 7 BAŞÇI DƏYİŞİB, AMMA KANALİZASİYA PROBLEMİ DƏYİŞMƏYİB

HACIQABULDA 30 İLDƏ 7 BAŞÇI DƏYİŞİB, AMMA KANALİZASİYA PROBLEMİ DƏYİŞMƏYİB

…Ötən gün Hacıqabul rayonu ərazisinə yağan güclü yağış ciddi fəsadlar yaratmış oldu.

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ MÜHÜM GÖRTƏRİŞLƏR VERDİ

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ MÜHÜM GÖRTƏRİŞLƏR VERDİ

Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

Mədəniyyət Nazirliyi Abşeron-Xızı və Şərgi Zəngəzur Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Xalq şairi, tərcüməçi Vahid Əzizin Sumqa...

YENİ TRENDLƏR MÜASİR MEDİADA TƏTBİQİNİ NECƏ TAPIR?

YENİ TRENDLƏR MÜASİR MEDİADA TƏTBİQİNİ NECƏ TAPIR?

Bu gün Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans düzənləndi...

MEDİA

11-Okt-2024 By Asif Memmedov

YENİ T…

Bu gün Bakı Biznes Mərkəzində “Müasir mediada yeni

Detay

Bu gün unudulmaz sənətkarın anadan olmasından 71 il ötür.

1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn sənətkara özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, hamının sevimlisi idi. Aktyorun atası Azərbaycan kino və teatr tarixində çoxsaylı rolların mahir ifaçısı olub. Hər birimizin sevə-sevə izlədiyi “Yeddi oğul istərəm”, “Ulduz”, “Uşaqlığın son gecəsi”, “Sehirli xalat” və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət edib və hər iki sənətkar kino və teatr tarixində unudulmaz rolların mahir ifaçısına çevrilib.

Yaşar Nuri hələ kiçik yaşlarında ikən səhnədə rol alıb. İlk dəfə on bir yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz aktyorumuz Yaşar Nuri televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib. Onun yaradıcılıq arealı bununla məhdudlaşmır. Dəyərli sənətkarımız müxtəlif dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən dərs alıb.

Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Yaşar Nuri, eyni zamanda, hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yadda qalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları sevə-sevə izləyirik. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib. Bir çoxunun yaddaşında Yaşar Nuri “tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Gülnarın Elçini”, “çəkməçi Dadaşov”, “ac həriflərin Həsən dayısı”, “fotoqraf Əli bəy” və digər obrazlarda qalıb. Bu da aktyorun istənilən obrazı yaddaqalan və unudulmaz canlandırmasından irəli gəlir.

Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və s. filmlərdə rol alıb.

O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də dünyasını dəyişib.

Yaşar Nuri yaddaqalan obrazları ilə həmişə xalqımızın ürəyində yaşayacaq. Təkrarsız və bənzərsiz istedada malik bu sənətkar özünəməxsus lirik koloritlə tamaşaçıların rəğbətini qazanıb və istənilən azərbaycanlının sevimli aktyoruna çevrilib. Özünəməxsus səhnə mədəniyyəti və davranışı, improvizə qabiliyyəti, yaradıcılıq istedadı, obrazlara məxsusi yanaşma tərzi onu bir çox aktyor yoldaşlarından, həmkarlarından fərqləndirirdi. Onun film və tamaşalarda səsləndirdiyi bəzi fikirlər az qala hər birimizin dilində gündəlik işlədilən və tez-tez rast gəldiyimiz ifadəyə çevrilib. Yaşar Nurinin səsləndirdiyi “Sənə əjdaha lazımdır?”, “Hə, nolsun”, “Ay moment” və s. ifadələr bugünkü gündə tez-tez dilimizdə işlədilir və hər dəfə “Yaşar Nuri demişkən” söylənilib bu böyük sənətkarımız yad edilir. Bütün bunlar böyük aktyorumuza olan rəğbətdən irəli gəlir.

Belə bir məşhur fikir var: “Dünya bir pəncərədir, hər gələn baxar gedər...” Həqiqətən də, belədir, lakin kimlərsə bu pəncərədən çox baxır, kimlərinsə ömür payına “pəncərədən” az müddət baxmaq nəsib olur... Yaşar Nuri də bu “həyat pəncərəsindən” az müddət baxa bildi. Ancaq bu gün böyük sənətkarımızın əziz xatirəsi yaratdığı obrazlarla yad edilir və hər zaman ürəklərdə yaşayır.

Pin It

CƏMİYYƏT

14-Okt-2024 By Elbar Şirinov

BU MƏHKƏMƏLƏRƏ SƏDR, SƏDR MÜAVİNLƏRİ…

Prezident İlham Əliyev apellyasiya instansiyası mə

12-Okt-2024 By Yasemen Memmedov

MÜDAFİƏ NAZİRİ MÜŞAVİRƏ KEÇİRDİ VƏ…

Oktyabrın 12-də müdafiə naziri general-polkovnik Z

12-Okt-2024 By Elbar Şirinov

VAHİD ƏZİZ SUMQAYITLILARIN QONAĞI OLUB

Mədəniyyət Nazirliyi Abşeron-Xızı və Şərgi Zəngəzu

SİYASƏT

17-Okt-2024 By Yasemen Memmedov

“BMT-Nİ GÜCLƏNDİRMƏK LAZIMDIR – BAŞQA…

 “Birləşmiş Millətlər Təşkilatına gəldikdə, mən qə

17-Okt-2024 By Elbar Şirinov

PREZİDENT İLHAM ƏLİYEV FÜZULİNİN AZAD…

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edi

11-Okt-2024 By Elbar Şirinov

RUSİYA PREZİDENTİ KAZANDA ƏRDOĞANLA GÖRÜŞÜ…

Rusiya prezidenti Vladimir Putin Aşqabadda Türkiyə

11-Okt-2024 By Elbar Şirinov

PUTİN İRANIN YENİ PREZİDENTİ…

Rusiya prezidenti Vladimir Putin iyulda seçilən İr

10-Okt-2024 By Yasemen Memmedov

TÜRKÜSTAN – “TÜRKLƏRİN VƏTƏNİ” YENİDƏN…

Türkiyə Təhsil Nazirliyi təhsil proqramında mühüm

MƏDƏNİYYƏT

15-Okt-2024 By Elbar Şirinov

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ XARİCİ SİRK…

Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin

15-Okt-2024 By Elbar Şirinov

MƏMMƏD ARAZ YARADICILIĞININ POETİK XÜSUSİYYƏTLƏRİ

Sözə qiymət vermək, onu misra daxilində yerində və

11-Okt-2024 By Yasemen Memmedov

TÜRKİYƏNİN MƏŞHUR "BAHAR" SERİALINDA ŞUŞAMIZIN…

Türkiyənin Show TV kanalında yayımlanan məşhur "Ba

11-Okt-2024 By Yasemen Memmedov

ŞİZOFREN KİMİ TİBBİ QEYDİYYATDA OLAN…

Aparıcı Elgiz Əkbər açıqlaması ilə beyinlərdə sual

11-Okt-2024 By Asif Memmedov

BU DƏFƏ NAZİLƏ RAHİBQIZI KİTABINI…

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon

11-Okt-2024 By Elbar Şirinov

MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ "EURONEWS"UN NÜMAYƏNDƏ HEYƏTİ…

Mədəniyyət Nazirliyində “Euronews” kanalının inves

KRİMİNAL

17-Okt-2024 By Elbar Şirinov

OĞUZDA NARKOTİK VASİTƏLƏRİN SATIŞI İLƏ…

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata k

15-Okt-2024 By Elbar Şirinov

ÖTƏN GÜN 8,7 KİLOQRAMDAN ÇOX…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

14-Okt-2024 By Elbar Şirinov

12,4 KİLOQRAMA YAXIN NARKOTİK VASİTƏ…

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbir

TEXNOLOGİYA

16-Iyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-Iy-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

18-Okt-2024 By Elbar Şirinov

ENERQODARDA FÖVQƏLADƏ ELEKTRİK ENERJİSİ KƏSİLİB

Zaporojye AES-in Enerqodar peyk şəhərciyindən kəna

18-Okt-2024 By Elbar Şirinov

LİMANDA GƏMİNİN BATMASI NƏTİCƏSİNDƏ İKİ…

Saxalinin Korsakov limanında yük gəmisinin batması

18-Okt-2024 By Elbar Şirinov

XALİD MƏŞƏL YENİDƏN HƏMAS-A RƏHBƏRLİK…

Xalid Məşəl Yəhya Sinvarın ölümündən sonra yenidən

17-Okt-2024 By Elbar Şirinov

HAKERLƏR UKRAYNA MÜDAFİƏ NAZİRLİYİNİN ÇAT…

Naməlum şəxslər Ukrayna Müdafiə Nazirliyinin “Ehti

17-Okt-2024 By Elbar Şirinov

BELQOROD VİLAYƏTİNƏ GÜN ƏRZİNDƏ USQ-DƏN…

Son 24 saat ərzində Ukrayna hərbçiləri Belqorod vi

17-Okt-2024 By Elbar Şirinov

2 AVTOMAT, 2 QUMBARAATAN, 6…

Oktyabrın 16-da polis əməkdaşları paytaxt və respu

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

18-Okt-2024 By Asif Memmedov

GÜZDƏK MƏKTƏBİNİN KEÇDİYİ YOLU XATIRLAYARKƏN...

 Güzdək məktəbinin uğurları ilə bağlı məzun-profes

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

17-Okt-2024 By Yasemen Memmedov

FÜZULİ…

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev

TƏHSİL

17-Okt-2024 By Yasemen Memmedov

MÜƏLLİ…

 Qızın atası iddia edir ki, buna səbəb qızını həmi