Mədəniyyət Nazirliyi Abşeron-Xızı və Şərgi Zəngəzur Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Xalq şairi, tərcüməçi Vahid Əzizin Sumqayıt oxucuları ilə görüşü böyük marağa səbəb olub. Tədbir şəhərdə bir necə il uğurla davam edən “Onlar bir incidir” layihəsi çərçivəsində reallaşıb. Şəhərin “Kimyaçı” Mədəniyyət Sarayında keçirilən görüşdə nəğməkar şairin poeziyasının vurğunları ilə yanaşı Milli Məclisin deputatları da yer alıblar.

Tezadlar.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşün moderatoru Əminəxatun Tərlan şairin həyat və yaradıcılığı barədə iştirakçılara məlumat verib. Bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeiri ilə başlayan şair bu günə qədər dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunub. Şairin sözlərinə bəstələnmiş mahnıların diski buraxılıb. Onun “Mən küləyi görürəm”, “Aylı pəncərə”, “İllərin baharı”, “Əllərimin kölgəsi”, "Dözmək olmur", 4 cilddən ibarət “Şeirlər, poemalar, tərcümələr, publisistika” adlı kitabları oxucular tərəfindən sevilərək oxunur.

Daha sonra qarşılıqlı söhbət şəklində davam edən görüşdə Vahid Əziz şeirləri ilə bağlı xatirələrini bölüşüb, şairi yeni qələmə aldığı şeirlərini oxuyub, oxucuların suallarını cavalandırıb.

Tədbirdə hər iki regional idarələrin mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən rəngarəng musiqi nömrələri ifa olunub.

vahid-aziz-2

vahid-aziz-3

vahid-aziz-4

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN