Rusiya prezidenti Vladimir Putin iyulda seçilən İran prezidenti Məsud Pezeşkian ilə görüşüb.

Bu, iki prezidentin ilk görüşüdür. Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakovun əvvəllər verdiyi məlumata görə, tərəflər ikitərəfli məsələləri, eləcə də Yaxın Şərqdə kəskin pisləşən vəziyyəti müzakirə edəcəklər.

Rusiya tərəfdən danışıqlarda baş nazirin müavini Aleksey Overçuk, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, dövlət başçısının mətbuat katibi Dmitri Peskov və xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak edir.

İranın yeni prezidenti siyasi isteblişmentin islahatçı qanadının nümayəndəsi hesab olunur (İranda klassik partiyalar yoxdur; deputatlar şərti olaraq üç siyasi düşərgəyə bölünür: mühafizəkarlar, islahatçılar, mötədillər – RED.). O, Tehranın nüvə proqramının dinc xarakter daşımasını təmin etmək öhdəliyi müqabilində sanksiyaların ləğvi üçün 2015-ci ildə beynəlxalq vasitəçilərlə əldə edilmiş razılaşma üzrə danışıqların bərpasının tərəfdarıdır (tətbiq 2018-ci ildə ABŞ bu proqramdan çıxdıqdan sonra dayandırılıb).

Prezident seçkilərində qalib gəldikdən sonra Pezeşkian Rusiyanı “İranın dəyərli strateji müttəfiqi və qonşusu” adlandırıb və “Rusiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa, xüsusən BRİKS, ŞƏT və Aİİ kimi təşkilatlar çərçivəsində prioritetləri davam etdirəcəyini” vəd edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN