Aparıcı Elgiz Əkbər açıqlaması ilə beyinlərdə sual işarəsi yaradıb.

TEZADLAR.AZ xəbər verir ki, o, aparıcısı olduğu "Elgizlə izlə" verilişində adını açıqlamadığı hansısa Əməkdar artistin psixoloji problemlərdən əziyyət çəkdiyini dilə gətirib:

"Müğənnilərdən biri verilişimdə hadisə çıxartdı. Həkimlərdən biri reklam arasında mənə dedi ki, o, yazıqdır, şizofren kimi qeydiyyatdadır, ildə iki dəfə gedib psixiatrik xəstəxanada müalicə alır. Əməkdar artistdir". 

Aparıcının bu açıqlaması insanları düşünməyə vadar edib: görəsən, bu adam kimdir?... Yəni istər-istəməz bu sual yaranır. İkincisi, həmin şəxs aparıcıdır, müğənnidir, aktyordur, diktordur... Elgiz Əkbər isə oxu atıb, yayı isə gizlətməklə bu xəbəri eşidənləri xaraktercə əsəbi olan bəzi Əməkdar artistlər ətrafında düşünməyə vadar etdi...

Hər halda həmin şəxs ətrafdakılar üçün heç bir təhlükə yaratmırsa, xəstəliyinə görə kimisə tənqid, yaxud təqib etmək olmaz. 

 

SƏBUHİ  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN