Moskva vilayətində keçmiş arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Qadın bir ilə yaxındır ki, itkin düşmüşlər siyahısındadır.

Tezadlar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qətl 2023-cü ilin dekabrında Moskva vilayətindəki mənzildə baş verib. Keçmiş həyat yoldaşları mübahisə edib. Kişi bıçaq götürərək keçmiş arvadının boynunu kəsib. O, qadının meyitini mənzilin zirzəmisində gizlədib. Bir həftə sonra o, keçmiş arvadının cəsədini mişarla parçalayıb və cəsədin hissələrini torpağın hamarlanması üçün iş aparılan sahəyə səpələyib.

Yalnız 2024-cü ilin oktyabrında öldürülən qadının oğlu polisə onun itdiyini bildirib.

“Qətldə zərərçəkmişin keçmiş ərinin əli olduğunu müəyyən etmək mümkün olub. O, saxlanılaraq dindirilmək üçün müstəntiqə aparılıb, orada hadisənin baş verdiyi şəraiti danışıb və əməlindən peşman olub”, - Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin Telegram kanalında məlumat verilib.

Həmin şəxsə qarşı qətl işi araşdırılır. O, hazırda həbsdədir.

Moskva vilayətinin prokurorluğunun aydınlaşdırıb ki, cinayətkarın Dolqoprudnı şəhərinin 61 yaşlı sakini olduğu üzə çıxıb. Boşanmaq üçün məhkəməyə müraciət etmələrinə baxmayaraq, öldürülən qadın onunla yaşayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN