Azərbaycanın çağdaş fikir tarixində öz dəsti-xətti və öz yolu olmuş "Təzadlar" qəzetinin aprelin 8-də 29 yaşı tamam olur.

Pin It

Bu gün aprelin 7-də, NATO xarici işlər nazirləri keçiriləcək iclasda ağır silahlar da daxil olmaqla, Ukraynaya əlavə daha öldürücü silah tədarükünü müzakirə edəcəklər.

Pin It

Rusiya helikopterlərinin və qırıcıların bir qismi Belarusdan Rusiyanın Bryansk vilayətindəki Sesça aerodromuna köçürülüb.

Pin It

Xəbər verildiyi kimi, aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüş keçirilib. Tezadlar.az bildirir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşdən sonra deyib: “Amma dekabrda Brüsseldə hər iki liderlə ilk şəxsi görüş zamanı mən hiss etdim ki, maraqlı bir addım atıldı, tərəflər bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas olan məsələləri daha yaxşı anlamağa meylli idilər. Bu, birinci vacib element idi. Bu arada, mənim hər iki liderlə müntəzəm telefon danışıqlarım olub. Biz bu axşamkı görüşə çox hazırlaşmışıq. Biz buna vaxt ayırdıq. Bilirsiniz ki, nahardan əvvəl mənim hər iki liderlə ikitərəfli görüşüm oldu. Səmimi desəm, düşünürəm ki, biz çox gərgin çalışırıq, irəliləyiş var. Hər iki tərəfdə olan çağırışları və çətinlikləri gözardına vurmuram. Lakin hesab edirəm ki, irəliləyişə nail olmaq, əməkdaşlıq etmək, prioritetləri, birlikdə ata biləcəyimiz konkret addımları müəyyənləşdirmək üçün ortaq iradə var”.

*** 

30 ildir Azərbaycan torpaqlarının Ermənistanın işğal altında saxlanmasına 2020-ci ildə ordumuz tərəfindən son verildikdən sonra bu ölkənin siyasi rəhbərliyinin dərindən düşünmə şansı yarandı. Bu şans isə ondan ibarətdir ki, Ermənistanın qonşularla, xüsusən də Azərbaycanla hərbi dildə deyil, sülh dilində danışmaqdan başqa çarəsi yoxdur. Və Paşinyanın və ətrafının da başqa çıxış yolu qalmayıb. Dünya da dəyişib, bölgədə reallıqlarda. Qalır Ermənistanın işğalçılıq niyyətlərinin dəyişməsi... Bu nə qədər tez dəyişsə, bir o qədər yaxşıdır. Uzun tarixdir ki, Rusiyaya güvənirdilər, indi Rusiyanın da başı özünə qarışıb...

A.Məmmədli 

Pin It

Mirvari Qəhrəmanlı «Azneft» İB-nin direktor müavini İkram Qurbanova səsləndi: «Dənizdə həyatını risqə qoyub Azərbaycana «qara qızıl» çıxaran neftçilər sizi deyirlər!»

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN