Maksim Şevçenko: "Azərbaycanla sülh Ermənistanı İsveçrəyə çevirəcək"
Jurnalist və siyasətçi Maksim Şevçenko “Vestnik Kavkaza”-ya verdiyi müsahibəsində Nikol Paşinyanın Ermənistandakı növbədənkənar parlament seçkilərində necə qələbə qazandığını izah edir: respublika vətəndaşları millətçi Robert Koçaryanın hakimiyyəti dövründə mümkün olmayan sülh və vətəndaş hüquqlarına riayət edilməsini istəyirlər. Şevçenko İranda keçirilmiş prezident seçkisinin nəticələrini də qiymətləndirib, Bakı ilə İrəvan arasındakı sülh prosesində Gürcüstanın mümkün rolunu təhlil edib.