Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları daha bir korrupsiya maqnatlarını həbs edib... 

Belə ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərə baxılıb. Səbail rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Rəşad Babayev və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Tezadlar.az xatırladır ki, son günlər Dövlət Gömrük Komitəsinin məsul şəxslərinin korrupsiya əmələri ilə həbslərin sayı artmaqdadır. Hətta ötən həftə həbs olunanlar arasında gömrük generalının olduğu barədə mətbuatda xəbərlər yazıldı...

Onu da bildirək ki, bu gün barələrində həbs qətimkan tədbiri seçilən Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Bəli, korrupsiya pula hərislik, narkotikə qurşanma və aludə olma kimi bir bəladır, sağalması çətin "xəstəlik"lərdən biridir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN