Məlum olduğu kimi, İtaliya son 100 ilin ən böyük quraqlığını yaşayır və ölkədə fövqəladə vəziyyət elan olunub...

Alimlər illər ötdükcə, günəşin temperaturunun aşağı düşdüyünü ehtimal etsə də, onun yer kürəsinə təsirləri göz qabağındadır. Bunu nəzərə alsaq belə, yerin şimal və cənub buzluqlarında buz qatının hər il əriməsini də alimlər deyir. Amma yenə də çaylarda su azalır, dənizlərdə səviyyə düşür. Bəs nə baş verir? Xəzər dənizi də oxşar problemləri yaşayır. Əsas qida mənbəyi Volqa və Kür-Araz maylarıdır ki, bu mayların da sululuğu ilbəil azalır.

***

 Xəzər regionu dünya iqtisadiyyatının diqqət mərkəzində olan, mühüm neft və qaz hasil va ixrac edən regiona çevrilib. Yeni enerji resurslarının sürətlə axtarış və istismarı eyni zamanda bir sıra geosiyasi proseslərin yaranmasına səbəb olub.. Bu barədə AMEA-nın akademiki Fəxrəddin Qədirov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, iqtisadi cəhətdən mühüm əhəmiyyət daşıyan Xəzər dənizinin və ətraf regionun geoloji və ekoloji problemlərinin elmi araşdırılması aktual problem olaraq qalır. Sitat: : "Xəzərdə neft və qazın intensiv kəşfiyyatı və hasilatı fonunda bir çox geo-ekoloji təhlükələrlə rastlaşırıq. Bunlar Xəzər dənizi səviyyə tərəddüdləri, dəniz dibinin deformasiyaları ilə bağlı geoloji təhlükələr və çirklənmə ilə bağlı ekoloji problemlərdir. Xəzərin ən zəngin bioloji ehtiyatlarının qorunub saxlanması da günümüzün aktual problemidir. Bunlar bir kontekstdə həllini gözləyən problemlərdir".

***

Lakin indiyədək aparılan geoloji tədqiqatlar Xəzərdə kəskin dəyişikliklərdən xəbər verir.  Məsələn, 100 il əvvəl Xəzərin səviyyəsinin 2 metr yüksək olduğunu göstərir. XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər. 

Deməli, Xəzərin xilası bölgədə nəqliyyat-iqtisadiyyat maraqları ölan bütün dünya ölkələri düşündürməlidir. Ən vacibi, Xəzərin su ilə qidalandırılmasıdır. Yuxarıda adı çəkilən çayların mənbəyi  üzərində tədqiqatlar aparılmalı, sululuğun azalma səbəbləri öyrənilməlidir. Bu nəticə Xəzərin xilasının açarı ola bilər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN