Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlıq Anlaşma Memorandumu imzalanıb.

 Avropa İttifaqı Komissiyasının prezidenti “Twitter”dən sözügedən mövzu ilə bağlı bunları paylaşıb: "Aİ etibarlı enerji təchizatçılarına üz tutur. Azərbaycan da onlardan biridir. Bugünkü razılaşma ilə biz Azərbaycandan Aİ-yə qaz tədarükünü ikiqat artırmaqla Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqik. Bu, qışda qaz təchizatımız üçün yaxşı xəbərdir."

 Qeyd edək ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar.

Xanım Ursula Fon der Lyayen çıxışı zamanı  bildirib ki, bu gün imzalayacağımız Anlaşma Memorandumuna nəzər salsaq, qeyd etməliyəm ki, ilk növbədə, həmin sənəd nümayəndələrimizin apardığı əla işin nəticələrinə əsaslanır.

"Orada enerji sektorunda etibarlı tərəfdaşlıq, eləcə də orta və uzun perspektivdə bərpaolunan enerji məsələləri xüsusi qeyd edilir. Bir sözlə, sənəd bu gün təfərrüatla müzakirə etdiyimiz bütün məsələləri əhatə edir. Əlbəttə ki, sizin də söylədiyiniz kimi, Anlaşma Memorandumundan başqa, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş də nəzərdə tutulur. Bunu elə indicə xarici işlər naziri ilə müzakirə etdik - həmin sazişə yeni təkan verək, daha irəliyə gedək və qalan məsələləri müzakirə edək", - deyə qeyd edib.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN