Bu gündən Rusiya ordusu şəxsi heyətini Ukraynanın Zaporojye əyalətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələrinin ərazisindən çıxarır.

Tezadlar.az Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmi məlumatına istinadla bildirir ki, artıq proses başlayıb: "İyulun 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin işğalçıların hərbi qüvvələrinin Zaporojye vilayətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələri yaxınlığında yerləşdiyi əraziyə endirdiyi zərbələrdən sonra Rusiya hərbçiləri canlı qüvvə və texnikanı başqa mövqelərə aparıblar. 40-a yaxın yaralı Poloqi şəhərindəki xəstəxanaya aparılıb. Hərbi bölmələr demək olar, Çerniqovkadan çıxarılıb. Onlar məntəqələri tərk edərkən planlı rotasiya təəssüratı yaratmağa çalışırlar. Əslində, işğalçılar kəndi tamamilə tərk etmək niyyətindədirlər və giriş yollarını minalamağa başlayıblar".

***

Bu arada Rusiyalı siyasi ekspert Iver Neumann ABŞ-ın "newsweek.com" saytında yazıb ki, Rusiya-Ukrayna müharibəsindəki uğursuluqların nəticəsi olaraq Putin rejimi "sonun başlanğıcına daxil olub". O bildirib ki, hələ də çoxluğun Putini müdafiə etməsinə baxmayaraq Rusiyaya tətbiq olunmuş sanksiyalar bu ölkənin iqtisadiyyatını və Putinin liderliyini sarsıdıb... Ekspert deyib ki, "...Putinin səlahiyyət müddəti 22 il əvvəl başlayandan bəri Rusiya iqtisadiyyatında çox az şey dəyişib, əslində heç bir şey dəyişməyib desək, daha dəqiq olar. Putin kimi təlim keçmiş bir marksistin hələ də maddi amillərin insan həyatı üçün xüsusi önəm daşımasının fərqində olmamasını təəccüblə seyr edirəm...".
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN