Korrupsiyaya boyun əyən Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsindəki ittihamedici hökmdən apelyasiya şikayəti verilib.

O, vəkilləri tərəfindən məhkəməyə göndərilən şikayət ərizəsində müvəkkilləri barəsindəki hökmün ədalətli olmadığı bildirilib. Vəkillər Namiq Zeynalovun verilmiş ittihamlarla təqsirsiz olduğunu qeyd edərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət qərarı verilməsini xahiş ediblər. Şirvan Apellyasiya Məhkəməsində araşdırılacaq.

***

Tezadlar.az bildirir ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Namiq Zeynalov verilmiş ittihamlarla təqsirli bilinərək 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən sabiq icra başçısının üzərinə həbs qoyulmuş əmlakları da dövlət nəfinə müsadirə olunub.

 Maraqlıdır ki, icra başçısı təyin ediləndə Prezidentə adam kimi işləyəcəyini, dövlətinə və xalqına, Prezidentinə sadiq olacağına söz verən başçı sonradan 180 dərəcədə dəyişib korrupsioner olur. Görünür, təyinat vaxtı söz vermək yox, and içmək lazımdır. Andı pozanı isə həbs cəzası ilə cəzalandırıb ömürlük azadlıqdan məhrum etsinlər.

A.Məmmədli 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN