Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın sərhədlərinin bərpası barədə fikirləşərək bildirib ki, Gürcüstan “əvvəllər mövcud deyildi” deyə tamamilə işğal edilməlidir. Lakin 10 saatdan sonra onun köməkçisi bildirib ki, guya Medvedevin hesabını sındırıblar.

Tezadlar.az bildirir ki, Vkontakte-də Medvedevin postunun skrinşotunu saxlayan Kseniya Sobçak bu barədə məlumat yayıb. Belə ki, Medvedev demək olar ki, dərhal fikirlərini silib, lakin hazırda hesabın sındırılması ilə bağlı üzr və ya məlumat yoxdur. Sitat: “Kiyev və Kiçik Rusiyanın bütün əraziləri onların uydurduğu ukraynaçılığı təbliğ edən millətçi dəstələrindən azad edildikdən sonra Rusiya yenidən birləşəcək. Bundan sonra slavyan xalqının rəhbərlik etdiyi Moskvanın tək əli ilə biz Vətənimizin, bildiyiniz kimi, heç bir yerdə bitməyən sərhədlərini bərpa etmək üçün növbəti kampaniyaya gedəcəyik”.
 Maraqlıdır ki, Medvedev bəyan edib ki, 1801-ci ilə qədər “Gürcüstan kimi bir ölkə mövcud deyildi” və guya o, yalnız Rusiya İmperiyasının sərhədləri daxilində meydana çıxdı, ona görə də “Şimali və Cənubi Osetiya, Abxaziya və Gürcüstanın qalan əraziləri yalnız birləşə bilər. Onlar Rusiya ilə vahid dövlətin bir hissəsidir”.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Qazaxıstanı da xatırlayaraq, onu “süni dövlət” adlandırıb və rusların soyqırımında ittiham edib. Sitat:"Biz buna göz yummaq fikrində deyilik. Ruslar ora gələnə qədər heç bir nizam-intizam olmayacaq".
Medvedev yəqinki bu fikirləri sərxoş halda deyib. Ona görə də anlaqlı olmayan adamın fikirləri kimi, məsuliyyətdən azad edilə bilər. Gülməli də olsa...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN