Ermənilər həvəsə gəlib və bu dəfə Şuşanı atəşə tutublar...

Özü də rus sülhməramlıların qulağının dibində, gözünün önündə. Bəs səbəb nə ola bilər?
XXX
Budur, dünən noyabrın 22-si saat 10:35-dən 14:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi yenidən pozub. Tezadlar.az 
Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla bildirir ki, noyabrın 22-si saat 10:35-dən 14:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

 Ermənilər, Azərbaycanın bir atalar məsəlində deyildiyi kimi, "Qaşına-qaşına, çıxırlar ocaq başına!" Bu da MN-nin məlumatından: "...noyabrın 22-si saat 09:17-dən 14:48-dək isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Füzuli, Şuşa, Xocavənd, Tərtər və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub"

Ermənilərin bununla nə deçək istədikləri aydındır. Birincisi, bu silahlar Qarabağa necə və niyə gətirilir? İkincisiş ermənilər bununla da rus sülhməramlılara meydan oxuyur, Azərbaycana və dünyaya anlatmaq istəyirlər ki, rus sülhməramlıları bivecdir, Ukraynada iflasa uğraylbsaş burda bir polku nə edəsidir ki?! ÜÇÜNCÜSÜ:  BƏLKƏ HƏM DƏ RUSLARA DEMƏK İSTƏYİRLƏR Kİ, SİZƏ HƏLƏ BU BÖLGƏDƏ ÇOX EHTİYAC VAR?! Elədirsə, deməli, burda düşünmək lazımdır ki, "Atan kazaklardır!" Rusların dirənişi olmasa Qarabağa nə silah gətirilər, nə də erməjilər risq edib onların adı olan yerdə güllə atmaz, özü də Ərdoğanın imzaladığı "Şuşa Bəyannaməsi"ndən sonra...

İndi həm düşünmək, həm də nəticə çıxarmağın vaxtıdır!

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN