İsraillə Azərbaycan arasındakı uzun illərə söykənən dostluq əlaqələri artıq diplomatik səviyyəyə qalxmaqdadır...
Uzun illər idi ki, həm Azərbaycanda, həm də İsraildə siyasətçilərş ictimaiyyət diplomatik əlaqələrin rəsmiləşməsini arzu edirdilər. Azərbaycanın 44 günlük Vətən və Zəfər müharibəsində İsraillə din qardaşımız İranın fərqi görünəndən sonra yeni reallıq üzə çıxdı. Bu da nəticə... "İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir", deyən Azərbaycan Prezidenti İlham Əliyev İsrailin dövlət başçısı İsxak Hersoqla telefon danışığı zamanı bu reallığa toxunub. HansI ki, noyabrın 22-də İsrail Prezidenti İsxak Hersoq Azərbaycan lideri İlham Əliyevə zəng edib. Söhbət dostluq münasibətinin yeni formada təsdiqindən gedib, bu isı İsraildə Azərbaycan səfirliyinin açılmasıdır, yəqinki tezliklə Azərbaycanda da İsrail səfirliyinin daha geniş diplomatik fəaliyyətindən danışılacaq...
Dost bərk gündə tanınar! İsrail dar günümüzdə tanındı...
A.Məmmədli