Ermənilər həyəcan içində Xankəndi-Şuşa yolunun nə vaxt açılacağını gözləyir... Tezadlar.az Ermənistan KİV-lərindəki bu məzmunlu xəbərləri təhlil edərək bu qənaətə gəlir ki, Azərbaycan tərəfinin ekoloji aksiyası iki ildir Qarabağa sərbəst gəlib-gedən, təxribatlar törədən, Azərbaycan ərazisini öz torpağı bilən separatçı erməniləri çıxılmaz vəziyyətə salıb. İndi on minlərlə Qarabağda müvəqqəti məskunlaşmış  ermənilər əməllərinin girovudur. Ermənistan hakimiyyəti onları aldatmaqda, bu binəvalar isə onların qazdığı quyuya düşməkdə... Sitat: "...Balasanyan da sülhməramlıların komandiri Volkovla görüşüb, dünən sülhməramlılar Qarabağ tərəfinin iştirakını kəskin şəkildə rədd ediblər. Erməni maşınlarının yığılıb qaldığı yerə,  hətta xüsusi nümayəndələri də buraxmayıblar. Rusiya sülhməramlıları bildiriblər ki, danışıqlardan söhbət gedə bilməz və bu, həm də azərbaycanlıların tələbidir. Onlar bildirdilər ki, problemin həlli üçün siyasi həll lazımdır və azərbaycanlıları ərazidən zorla kənarlaşdırmaq fikrində deyillər...".
 Ermənistan mediası həm də Xankəndidəki separatçıların nümayəndələrinə istinadən yazır ki, məsələ siyasi həll yolunu gözləyir... Bəli, ermənilər nəhayət, anlamalıdırlar ki, məskunlaşdıqları ərazi Azərbaycan torpağıdır, Azərbaycanın qanunları ilə yaşamalıdırlar, Ermənistanın yox...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN