…Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri və faktiki rəhbəri Vasif Talıbovla bağlı mətbuatda və sosial mediada inanılmaz faktlar dövriyyəyə buraxılıb.
Bu məsələlərə təkrarən qayıtmağa lüzum görmürəm. Lakin sosial platforma istifadəçisi Elçin İlqaroğlu maraqlı status paylaşıb. Sitat: «…Vaxtilə Vladimir Putinin köməkçisi vəzifəsini tutmuş, onun yaxın çevrəsinə daxil olan Arkadi Dvorkoviç bu ilin oktyabr ayının 2-də Naxçıvanda səfərdə olub. O, səfər zamanı Vasif Talıbovla görüşüb. Görüş 3 saata yaxın çəkib. Əslən Borçalıdan olan, tanınmış ictimai xadim, zaman-zaman maraqlı məlumatları ilə diqqətləri çəkən Daşqın Gülməmmədovun iddiasına görə, Talıbovla Putinin adamını görüşdürən şəxs Mahir Məmmədovdur. Mahir Məmmədov «SOCAR Energy Georgia LLC»-nin direktoru vəzifəsini tutur. Əcaba, Vasif Talıbovun Putinin yaxın çevrəsinə aid, Rusiya kəşfiyyat orqanları ilə yaxın əlaqələri şübhə doğurmayan biri ilə görüşməkdə məqsədi nə olub? Onlar 3 saat ərzində nəyi müzakirə ediblər? Hesab edirəm ki, Azərbaycan DTX bu məsələni ciddi şəkildə araşdıracaq».
Bəs görəsən rəsmi Bakının bu görüşdən xəbəri olubmu? Olubsa, niyə bu görüş mediadan gizli saxlanılıb? Məgər Naxçıvan başqa bir dövlətdir???
Hər halda, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan DTX bu məsələni ciddi şəkildə araşdırmalıdır. Rəsmi Bakının başı üzərindən belə bir görüşün baş tutması tamamilə yolverilməzdir. Onsuz da indiki məqamda xarici ölkələrin xüsusi xidmət orqanlarının bir gözü Azərbaycandadır. Səhvlərə yol vermək olmaz!
A.Məmmədli