Amerika Birləşmiş Ştatlarının Senatı səs çoxluğu ilə ABŞ-ın 2023-cü il büdcəsini təsdiqləyib.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, ABŞ Senatı Ukrayna və Avropadakı müttəfiqlərinə Rusiyanın təcavüzünə qarşı mübarizə üçün 44,9 milyard dollarlıq yardımı ehtiva edən 1,7 trilyon dollarlıq hökumət büdcə paketini qəbul etməyə səs verib. Səsvermə cümə axşamı keçirilib. Qanun layihəsini 68 qanunverici dəstəkləyib, onların əleyhinə 29 senator çıxış edib. Belə bir sənədin cümə axşamı ABŞ Nümayəndələr Palatasında səsverməyə çıxarılacağı gözlənilir.
Xatırladaq ki, ABŞ-da dövlət büdcəsi haqqında qanunun təsdiqinin yekun proseduru onun ABŞ Konqresinin hər iki palatasında qəbul edilməsini, həmçinin Ağ Ev rəhbərinin imzasını nəzərdə tutur. Baydenin bu yardım paketini imzalayıb dəstəkləyəcəyi şübhə doğurmur.
A.Məmmədli