Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Vladimir Zelenski ilə danışdıqdan sonra rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Tezadlar.az "Evropeyskaya Pravda"ya istinadla bildirir ki, Türkiyə Prezidentinin Kommunikasiya Direktorluğu qeyd edir ki, liderlərlə söhbət ilk növbədə dağıdıcı zəlzələlərin nəticələrindən və “bir il əvvəl başlayan Rusiya-Ukrayna müharibəsi ətrafında hadisələrin inkişafından” gedib. Sitat: "Ərdoğan daha çox insan tələfatının və dağıntıların qarşısını almaq üçün ədalətli sülhə nail olmağın vacibliyini vurğulayıb. Türkiyənin İstanbulda əldə olunmuş razılaşmanı canlandırmaq üçün səmimi istəyini ifadə edən prezident qeyd edib ki, Ankara bu məsələdə hər cür dəstəyi verməyə hazırdır".
Putin isı söhbətində mesajda deyilir yalnız "taxıl müqaviləsi" ilə bağlı müzakirənin və "Rusiyadan ona daha çox ehtiyacı olan ölkələrə müvafiq tədarüklərin aparılmasına maneələrin aradan qaldırılması"nın zəruriliyini qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında da atəşkəs və danışıqlar əsasında sülhün əldə edilməsinə hər cür töhfə verməyə hazır olduğunu bildirib.
Xatlrladırıq ki, dünən Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ildönümü idi. Gözlənilirdi kiş indiyədək strateji istəklərinə nail ola bilməyən rəsmi Kreml bu dəfə daha sərt hücuma keçəcək. Lakin dünən bu baş tutmadı. Ola bilər ki, bunun baş verməməsinə səbəb Ərdoğanın Putin və Zelenski ilə danışıqları olub. Çünki Ərdoğan hər iki liderə müharibəni nə yolla olur-olsun, dayandırmağı xahiş edib, bu istiqamətdə əlindən gələn köməyi etməyə hazır olduğunu qeyd edib. Təəssüflər olsun, hələki müharibəni dayandırmaq cəhdləri arzulanan nəticəni vermir...
A.Məmmədli