“Global Firepower”ın hərbi güc səviyyəsinə görə ölkələrin reytinqində Azərbaycan 145 ölkə arasında
57-ci yerdə qərarlaşıb. Ölkənin indeksi 0,9391 olub. İndeks nə qədər aşağı olarsa, dövlətin hərbi gücü də bir o qədər çox olar.
Ermənistanın hərbi gücünə gəldikdə isə ölkəmizə qarşı işğalçılıq iddiasından əl çəkməyən, müharibə ritorikasına qapanan ölkə, Azərbaycandan 37 pillə geridə - 94-cü yerdə qərar tutub...
Qeyd edək ki, ölkəmiz reytinq cədvəlində MDB ölkələri arasında yalnız Rusiyadan və Ukraynadan (keçmiş SSRİ respublikası) geri qalıb. Belə ki, reytinq göstəricisinə əsasən, Rusiya müdafiəyə 82,6 milyard, Ukrayna 30 milyard, Azərbaycan isə 3,1 milyard dollar xərcləyir.
Xatırladaq ki, reytinq ekspertləri 60 müxtəlif amili, o cümlədən ordunun döyüş qabiliyyətinə təsir edən müdafiə xərclərinin səviyyəsini, texnika və texnikanın arsenalı, ordunun sayı, tankların, gəmilərin, təyyarələrin və digər hərbi texnikanın sayı, resurslara çıxış imkanlarını, neft, kömür və s. nəzərə alıblar.
Bununla yanaşı, nüvə silahının olması faktoru nəzərə alınmayıb.
Reytinqə əsasən, ən yüksək hərbi gücə malik ölkələr ABŞ, Rusiya və Çindir. Ən sonuncu pillədə isə Butan qərarlaşıb.
JASMİN