Rusiya prezidenti Vladimir Putin Buryatiya Respublikasına işgüzar səfəri zamanı Ulan-Udedəki təyyarə zavodunda olub.

Sanksiyalar və kadr çatışmazlığı səbəbindən müdafiə təchizatında yaranan problemlərə dair suallara cavab olaraq Putin vurğulayıb ki, kəskin çatışmazlığa baxmayaraq, maneələrlə məşğul olmaq və problemlərin həlli üçün işləmək lazımdır. Fəhlələrlə görüşdə təyyarə zavodunda sanksiyalar və kadr çatışmazlığı səbəbindən müdafiə nizamında yaranan problemlər barədə Putinə suallar verilib. Buna cavab olaraq Putin kəskin defisitə baxmayaraq, problemlərin aradan qaldırılması üzərində işləməyin vacibliyini vurğulayıb. “Sanksiyalar çatışmazlığa əsas səbəbdir... Ancaq bilirsiniz ki, nə isə qarşıya problem çıxanda nəyinsə öhdəsindən gəlməlisən, öz üzərində işləməlisən, bu problemləri həll etməlisən.

Putinin sözlərinə görə, ötən il Rusiya üçün müsbət olub, vətəndaşların gəlirləri artıb. “Çoxları gözləyirdi ki, müəssisələrin fəaliyyəti dayandırılacaq, lakin onlar fəaliyyətini davam etdirir, işsizlik azalır. Vətəndaşların gəlirlərinin artması daxili ticarətin və həcmlərin artmasına gətirib çıxarır ki, bu da ölkənin rifahından xəbər verir”.

Beləliklə, Rusiya prezidenti sanksiyaların Rusiyanın bütün sahələrinə ağır zərbə vurduğunu etiraf etməli olub. Deməli, müharibəni bitirmək lazımdır. Özü də sülh ilə, təcavüz və hücum etməklə yox...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN