Ramiz Mehdiyevin 25 illiyə üzünü tanımadığı Ağdama deputat elədiyi Bəxtiyar SADIQOVUN MÜDAFİƏSİNƏ RADİKAL MÜXALİFƏTİN BİR NÖMRƏLİ QƏZETİNİN QALXMASI HANSI MƏTLƏBLƏRDƏN XƏBƏR VERİR??? 
Tanınmış jurnalsist Fadil Paşayev maraqlı məsələyə toxunub. Söhbət deputat, Prezident İlham Əliyevin Sərəncamı əsasında "Şöhrət" ordeni ilə təltif edilmiş, "Azərbaycan" qəzetini plagiat yazılar meydanına çevirmiş Bəxtiyar Sadıqovun müdafiəsinə AXCP sədri Əli Kərimlinin "Azadlıq" qəzetində müdafiə edilməsindən gedir. F.Paşayev yazır: "...Martın 14-ü gecə yarısı redaksiyası xaricdə yerləşən Əli Kərimlinin əsas tribunası “Azadlıq” qəzeti Bəxtiyar Sadıqovu müdafiə edən tələsik yazı paylaşıb. “Rəsmi qəzetin baş redaktoru niyə rəsmi şantaj hədəfinə çevrilib?” sərlövhəli yazıda Prezident Administrasiyası, Milli Məclis, Medianın İnkişafı Agentliyi hədəf alınır, Bəxtiyar Sadıqov haqqında yazan jurnalistləri Prezident Aparatından tezis, Media Agentliyindən pul almaqda ittiham edilir. İddiaya baxın: “Sanki Azərbaycanda Ramiz Mehdiyevin dövründə işləyən, onun tapşırıqlarını yerinə yetirən ancaq Sadıqov imiş, sanki özləri Mehdiyevin şinelindən çıxmayıblarmış”.
“Azərbaycanın bütün qəzetləri hakimiyyətin əvvəllər bilərəkdən indiki “kerativ”lərinsə bilməyərəkdən səriştəsizcəsinə apardıqları media siyasəti nəticəsində ictimai etimadı itirməklə yanaşı, həm də dilənçi gününə düşüblər. Yəni əsil niyyət başqadır, qara qızın dərdi var”. “Azadlıq” qəzeti iddia edir ki, guya əldə etdikləri məlumata görə “dava iki milyon manatı aşan büdcəyə malik qəzeti ələ keçirməkdir”.
Guya “Azərbaycan” qəzetinin artıq rəsmən bankrot duruma salındığı və Novruz bayramı ərəfəsində işçilərinin maaşını ödəmək imkanı olmadığı iddia olunur. “Azadlıq” qəzeti hətta hakimiyyətin Sadıqovun yerinə namizəd də tapdığını yazıb. “Azərbaycan” qəzetinin baş redaktoru, uzun illərdir YAP-ın deputat mandatını daşıyan Bəxtiyar Sadıqovun müdafiəsinə radikal müxalifətin qalxması çox mətləblərdən xəbər verir. Çox güman ki, bu, xaricdəki söyüş blogerlərinin ölkənin içindəki əsas informasiya qaynağının sıradan çıxarılması əndişəsindən də irəli gələ bilər...".
Bəli, nəinki maraqlıdır, həm də çox maraqlıdır ki, vaxtilə "Azərbaycan" qəzetində təhqir edib ələ saldığı müxalifətçilərin qəzeti indi Bəxtiyar Sadıqovun müdafiəsinə qalxıb... Özü də qarşıdan BAHARın gəldiyi bir vaxtda...
Elçin Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN