Milli Cəbhə Partiyasının sədri, deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayevə Ağ şəhər bulvarında – hotelin önündə video müsahibə verməsinə əngəl yaradılıb.

Deputat qeyd edib ki, jurnalist zəng edən zaman hotelin önündə olub və həmin video- müsahibə üçün də jurnalisti  bulvara dəvət edib və olanlar da bundan sonra baş verib...

 Razi Nurullayevin sözlərinə görə, müsahibə zamanı bulvar işçiləri onlara mane olublar və çəkilişi dayandırıblar.  Bu zaman, məşhur deputat, fikirləşib ki, bəlkə onu tanımayıblar və özünü təqdim də edib.

Lakin bulvar işçiləri isə onu çox yaxşı tanıdıqlarını, hörmət etdiklərini də bildiriblər.

Daha sonra çəkilişə icazə verməsi üçün (?)  Bulvar idarəsi rəhbərliyinə zəng ediblər, lakin deputatın 10-15 dəqiqə gözləməsinə baxmayaraq, cavab gəlməyib...

Razi Nurullayev müsahibəni başqa ərazidə verməyə məcbur olub...

“...Müsahibəni bu bərbad görkəmli yerdə verməli oldum. Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədri, deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz, qadağan olunub.

Bu qərarı kim verib? Bakı Bulvar İdarəsinin rəhbəri? Hansı haqla? Mənim müsahibə verməyim kimə məruzə edildi və kim bunu qadağan etdi? Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü bulvarda müsahibə verə bilməz? Sonra da deyirsiniz ki, bizi tənqid edirlər. Bu cür yarıtmaz qaydaları qoyanlar ölkəmizin adını batırırlar. Mili Məclisdə təmsil olunan deputat xalqın, ölkənin, dövlətin düşməni ola bilərmi? Bunun üçün əsas veribmi?

Məgər biz hər gün dövlətçilik, ölkəmiz və xalqımız üçün canımızı sipər etmirikmi? Bu nə münasibətdir? Mən İranın, Ermənistanın düşmənçiliyi, ölkəmizin dirənişi haqqında danışırdım”, - deyə deputat iradını bildirirb.

Razi Nurullayev Bakı Bulvar İdarəsinin rəhbərindən üzrxahlıq zəngi gözlədiyin də bildirib…

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri İlqar Mustafayevdir. O, bu vəzifəyə 2018-ci ildə təyin olunub.

P.S. Deputat Razi Nurullayevə göstərilən bu anlaşılmaz qadağa sayğısızlıq kimi qəbul edildiyi üçün, deputata ən azından bu hərəkəti izah edən zəng olmalı idi… Belə görünür ki, hadisənin üstündən bir gün ötməsinə baxmayaraq, o zəng hələ də edilməyib…

Qeyd edək ki, zaman-zaman deputat Razi Nurullayev seçicilərinin problemləri ilə bağlı bir çox məmurlara, qurumlara… üz tutduğunu, lakin onların belə məsələlərin həllinə laqeyd, məsuliyyətsiz … yanaşmalarından şikayətçi olub.

 … Hətta Bulvar idarəsi tərəfindən  Milli Məclisin deputatına belə münasibət göstərilirsə, sadə insanlara hansı münasibət sərgilənər, yaxud onlardan nə gözləmək olar?...

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN