"The Cyprus Mail” Kiprin (Kıbrıs Cumhuriyeti) yunan kəsiminə məxsus olan yeganə ingilisdilli qəzetdir. Qəzet Kibris türklərinin lideri, prezident Ersin Tatarın bəyanatın yayıb. Ersin bəy bəyan edib ki, əgər Türkiyə Kibrisə münasibətdə siyasi kursunu dəyişərsə, o, istefa verəcək.
Bunu niyə yazıram? Yəni biləsiz ki, Türkiyədə kimin prezident seçilməsi təkcə Azərbaycanda narahatlıq yaratmayıb. Əminəm ki, digər Türk Dövlətlərində də oxşar əhval-ruhiyyə hökm sürür. Niyə belədir? Çünki Tayyib Ərdoğanla bağlı hər şey aydındır, birmanalıdır. Məsələn, Azərbaycan bilir ki, Rusiya, İran və ya Ermənistan Azərbaycana hücum etsə, Türkiyə sinəsini qabağa verəcək. Ancaq Kamal Kılıçdaroğlu ilə bağlı insanlarda belə bir əminlik yoxdur. Daha doğrusu Kamal Kılıçdaroğlunun belə bir məqamda Azərbaycana dəstək verəcəyinə inanan çox azdır.
Elxan Şahinoğlunun yazışın oxudum. Deyir ki, nə qədər ki, Tayyib Ərdoğan prezidentdir Türkiyənin Azərbaycanda hərbi bazasını açdıraq. Yəni o da narahatdır. Çünki Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi qeyri-müəyyəndir...
Təkcə bu deyil. Türkiyə ilə bağlı nəhəng layihələrin də sonrası sual altına düşür. Məsələn, sirr deyil ki, Rusiya bəlli səbəbdən öz qazını Türkiyəyə ötürmək istəyir. Yəni öz qazını Türkiyə üzərindən Avropaya satmaq arzusundadır. Bu isə Türkiyənin qazla bağlı nəhəng hub-a çevrilməsi deməkdir. Kamal Kılıçdaroğlu prezident olsa, bu layihə həyata keçə bilərmi? Çətin məsələdir.
Hazırda fantastik sürətlə inkişaf edən Türkiyənin hərbi sənayesinin gələcəyi necə olacaq? Bəlli deyil...
Məsələn, İsrail ilə bağlı bizim belə bir narahatlığımız yoxdur. Orada iqtidar tez-tez dəyişir. Ancaq İsrail-Azərbaycan münasibətləri davamlı şəkildə inkişaf edir. Yəni İsraildə kimin iqtidarda olması Azərbaycan üçün o qədər də önəmli deyil.
Təəssüf ki, Türkiyə ilə bağlı vəziyyət köklü şəkildə fərqlidir. Etiraf etməsək də xalq görür ki, İmran Xan getdikdən sonra Pakistan-Azərbaycan münasibətlərindəki yüksəklik əvvəlki səviyyədən ciddi şəkildə aşağı düşüb...
Ona görə də çox arzu edərdim ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi mayın 14-nə qədər imzalansın. Ancaq bu, qətiyyən real görünmür...
Elbəyi Həsənli,
Surix
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN