Aynurə Kumas: "Səbail rayon İcra Hakimiyyətinin şöbə müdiri Fəraməz Telman oğlu Rəhmani məndən 1000 dollar aldı, sonra isə məni aldatdı..."

"Təzadlar"a daxil olan şikayət məktublarından birinin müəllifi dünən redaksiyamızda oldu. Aynurə Qardaşbala qızı Kumaş onun yaşadığı Səbail rayonu, Xəqani küşəsi-13, mənzil-7A ünvanındakı mənzilinə qalxan taxta pilləkənin və həmin yaşayış mənzilinin bir sıra beton lövhəli yerlərinin çox təhlükəli vəziyyət aldığına rəğmən ciddi narahat olur. 

Şikayətçi əvvəlcə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edir. Qurumdan əraziyə təhkim olunan nümayəndələr həqiqətən də sözügedən ünvanda ötən əsrdə tikilib istifadəyə verilmiş taxta pilləkənlərin tapdaq hissələrinin əhəmiyyətli dərəcədə çürüyərək ovulub tökülməsilə, tam olaraq qəzalı vəziyyətdə olması barədə müvafiq rəsmi Rəy yazırlar. 30-K-/00008 saylı olan və rəsmi qeydiyyata alınan rəy 17 yanvar 2022-ci il tarixli məktubla şikayətçiyə və ərazi 151 saylı MKİS-nin rəisi Vahid adlı şəxsə  rəsmi olaraq göndərilir. Ki, tədbir görülsün.
Sən saydığını say, gör Səbail RİH-nin şöbə müdiri Fəraməz Rəhmani nə sayır…
Binadakı pilləkanın təhlükəli vəziyyətilə bağlı hesabda hələki vəsait olmaması bəhanəsi ilə şikayətçini intizarda qoyurlar. Nəhayət, Aynurə xanım təmiri öz şəxsi vəsaiti hesabına həyata keçirmək təklifini də verir. "Balı olanın milçəyi Bağdaddan gələr!" məsəlindəki kimi, indi görün bu ünvanda nələr baş verir? Şikayətçinin Tezadlar TV-yə müsahibəsindən bəlli olur ki, həyat yoldaşı Şuşada ezamiyyədə olan xanım şikayətçiyə daha bir dolaşıq bəhanələr  gətirildiyindən Aynurə xanım himayəsindəki iki azyaşlı uşağın təhlükəsizliyini bir ana olaraq təlaş içində yaşamamaq üçün növbəti dəfə digər bir dövlət qurumuna- Dövlət Şəhərsalma, Memarlıq və Arxitektura Komitəsinin Bakı şəhər  Şəhərsalma və Memarlıq Baş İdarəsinə yazılı müraciət edir. Müraciətə ədalətli və geniş izahlı cavab verən Qurumun 17 mart 2022 tarixli, MiHO /2.1.1 2-2022- 1291 nömrəli məktubunda yazılır: "Azərbaycan Respublikasının 06.06.2012-ci il  tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti haqqında Əsasnamə"yə əsasən, qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər yerli icra hakimiyyətinin vəzifələrinə aid edilir". Və sair.
İndi görün bu qeyd edilənlərə əməl etməyib vətəndaşa dolayısıyla süründürməçilik edərək bürokratik əngəl yaradan Səbail rayon İcra Hakimiyyətin "Təsərrüfat şöbə"sinin müdiri Fəraməz Rəhmani şikayətçiyə guya bu evlərin mədəni irs siyahısına aid olduğunu deyir və bu üzdən də dağılan pilləkanın yenidən təmiri və ya əvəzlənməsi çox qəliz məsələdir və s.
Şöbə müdirinə deyən olmayıb ki, ay mədəni insan, elədirsə, binanın uçulub dağılan pilləkanı da bu irsə aid deyil? Aiddirsə, göz görə-görə dağılıb viran lalmalıdır, gəlin onda yiyə durun də!
***
Nə isə… Cənab Rəhmani bu yersiz bəhanələrini deyəndən sonra işçilərinideyil, özü durub sallana-sallana həyat yoldaşı Şuşada ezamiyyətdə olanxanımın evinə gəlir(?). Və deyir ki, amma bu işi "razılaşma yolu ilə…" həll etmək olar. "…O, mənim körpə uşaqlarımın taleyinə biganəqalmamağımı görüb binanın giriş blokunun qapalı hissəsində koridordamənimlə sövdələşdi, bu işin 1000 dollara həllinin mümkünlüyünü bildirdi… Mən də danışılmış məbləğ olan 1000 ABŞ dollarını verdim,
getdi… Lakin heç bir iş görmədi, məni get-gələ saldı… Pulun alındığını təsdiqləyən vatsap yazışmalarımız ortadadır, Sizə təqdim edirəm…".
Beləliklə, bu məsələdən sonra «yağlı ünvan tapmış» nümayəndələr Aynurə xanımın görüşünə gedirlər. 3 saylı Xüsusi təyinatlı MKTB nin 151 saylıMKİS rəisi Vahid bəy arzuolunmaz qonaq olaraq gəlib mənzilə daxil olur, mənzil sahibinin adına gələn məktublara baxmaq adı altındabildirir ki, bu təmir işinin bir neçə min manatla həll olunmasımümkündür, amma…
Aynurə xanım bu məbləği vermək imkanında olmadığını bildirir. "Dedim ki, 1000 dollar rəisinizə vermişəm, yalnız 500 ABŞ dolları verəbilərəm…". Vahid bəy sonda 500 dollara razı olur, lakin mısmırığını sallayaraqheç bir söz demədən çıxıb gedir. Az müddət keçdikdən sonra isə təmirə başlayan Aynurə xanımın üstünə bu dəfə bir neçə nümayəndə gəlib məhkəmə qərarı olmadan buradakı işlərə mane olurlar. Onlar vətəndaşın şəxsi vəsaiti hesabına alınan və quraşdırılan konstruksiyalara müdaxilə etməklə yanlış yol tuturlar. Bu vəziyyəti artıq özünə mənəvi-psixoloji təsirini görən Aynurə xanım bu işlərin müqabilində ondan alınmış 1000 və 500 ABŞ dollarını qaytarmasını Fəraməz Telman oğlu Rəhmaninin və 3 saylı Xüsusi təyinatlı MKTB nin 151 saylı MKİS rəisi Vahid bəyin şəxsi istifadəsində olan mobil telefonlarının vatsapına yazır. Həmin yazışmalarda o, pulların geri qaytarılmasını tələb edir…
Fəraməz Telman oğlu Rəhmani məsuliyyətini dərk edərək "Narahat olmayın, deyərəm, pullarınızı gətirib qaytararlar" mesajını yazır. Lakin rüşvət kimi alınmış həmin pullar hələ də şikayətçi xanıma qaytarılmır.
***
Məsələdə adıçəkilən bu vəzifəli şəxslərin də mövqeyini və əməllərinəmünasibətini öyrənmək üçün dəfələrlədir Fəraməz Telman oğlu Rəhmaninin telefonuna zəng vururuq, cavab vermir. Lakin onun tabeliyində çalışan işçilərlə danışdıq və onlar bizi calaşdıqlarını bildirdilər. Hələ də bu bağlantı yoxdur.
Araşdırmalarımız davam edir.

Xəyyam Qurbanlı

P.S. Nəhayət, Səbail rayon İH-nin şöbə müdiri F.Rəhmani və Vahid bəylə danışdıq... Daha ətraflı bəhs ediləcək... Üstəlik, cənab Rəhmaninin vəzifə səlahiyyətlərini aşaraq pulu rüşvət şəklində almasını təsdiq edən vatsap yazışmaları və s. maddi sübutları aidiyyəti dövlət qurumlarına göndərməli olduq...

 

Pin It

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli
IMAGE
QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM
Wednesday, 27 September 2023
By Şakir Qurbanov

İDMAN